Şeir

Kazım və Kazımoviç

Alim və Üzeyir üçün

Nargin - Sənət adası•27 sentyabr 2026•1 dəqiqəlik oxu
Kazım və Kazımoviç

Ulduzlar görünən pəncərən varsa, Belə bir səmavi mənzərən varsa, Gözünə nur verib göstərən varsa, Getməyə bir kəndin, dağ-dərən varsa, Səni bu dünyaya göndərən varsa, Nədən narahatsan dünya içində?!

Əhvalın Sibirə sürgün olanda, Sənə düşən bəxtə küsgün olanda, Qürbət yerüzündə qəmgin olanda, Ümidsiz olanda bədbin olanda, Hər gün daban döyüb, əzgin olanda, Zəm-zəmi yada sal səhra içində...

Eşqin imtahanı Kərbəla olar, Aşiq məşuquna mübtəla olar, Yollar eniş-yoxuş, toz, çala ola, Sağın-solun aşılmaz qala ola, Firontək arxanda min bəla ola, İnansan keçərsən dərya içindən...

Üzülmə düşdüyün dərin quyu var, Şükr elə içməyə sərin suyun var, Misirin imtahan dolu yolu var, Bir yanda "Azadlıq" adlı oyun var, Səninsə fitri azadlıq huyun var, Ya zindanın çölündə ya içində...

Qədəhdə bir qurtum şərabın varsa, Fizulidən bircə kitabın varsa, Gözlərində oxumaq tabın varsa, Səni büyüləsin ovsunlu sözlər, Yer ver ürəyində otursun sözlər, Min ildi yol gəlib misra içində...

Ölüm - səhər, Yaşam - gecə kimidi, Saray, mənzil, torpaq, şəhər yox olur, Məhşər də belədi necəki indi; Bir göz qırpımında səhər yox olur, Gecə hər nə görsən röya içində...

Eyni bölmədən

Oxşar yazılar