Son yazı

Rusiya imperatoru Tağıyevin üstünə niyə qışqırıb? - Qeyrət məsələsi... - VİDEO

İmperator Bakıya gələndə onu qarşılayan şəhər nümayəndələrindən biri də Tağıyev olub

Sərdar Amin05 sentyabr 20262 dəqiqəlik oxu
Rusiya imperatoru Tağıyevin üstünə niyə qışqırıb? - Qeyrət məsələsi... - VİDEO

Rusiya imperatoru III Aleksandr Bakıya 8-9 oktyabr 1888-ci ildə səfər etdiyi zaman onu qarşılayan şəhər nümayəndələrindən biri də *Hacı Zeynalabdin Tağıyev olub.

*"Nargin - Sənət adası" səfər zamanı baş verən maraqlı bir hadisəni təqdim edir:

Hacı Zeynalabdin Tağıyevin qızı Sara Sarayeva (Tağıyeva) bu barədə deyir:

Atam H.Z. Tağıyev Rus çarı III Aleksandrı görüb. İmperator Bakıya gələndə onu qarşılayan şəhər nümayəndələrindən biri də atam idi. *Musa Nağıyev də orada idi. Atam lap qabaqda durmuşdu. Yanında qubernator və şəhər rəisi dayanmışdı. Çar izdihama yaxınlaşanda hamı baş geyimini çıxarır. Tağıyev isə papağını çıxarmır. Qubernator və şəhər rəisi atama eyham edir ki, papağını çıxarsın. Tağıyev isə yenə də papağını çıxarmır. Onlar atamı dümsükləyirlər, amma Hacı yenə də papağını başından götürmür. Hamının başı açıq idi, bircə imperator və və atamdan başqa. Bu zaman imperator atama bozardı: - Siz kimin təbəəsisiniz? Şəhər rəisi və qubernator eyni anda atama pıçıldayır: - Deyin ki, mən əlahəzrət imperatorun təbəəsiyəm. Atam isə imperatora belə cavab verir: - Mən Rusiya İmperiyasının təbəəsiyəm.

Bundan sonra məsələ müzakirə eilir və belə qərar çıxarılır:

“Belə məqamlarda bütün müsəlmanlara papağını çıxarmaq məcburi deyil”.

Qeyd: Fakt *Ayaz Salayevin rejissoru olduğu “Ata” (H.Z. Tağıyev və qızı haqda s/f ) filmindən götürülüb.

Filmin həmin hissəsini buradan izləyə bilərsiniz:

Instagram paylaşımıhttps://www.instagram.com/reels/Dc3R1cOoBor/Aç →

Şərhlər

Hələ təsdiqlənmiş şərh yoxdur.

Eyni bölmədən

Oxşar yazılar