Sənətlərin sintezi

Bu filmimizin prodüseri Rəsul Quliyevdir - "Get o q*hbənin yanına" - VİDEO

Həsən Məmmədovu buna məcbur ediblər "Get, o q*hbənin yanına!"

Nargin - Sənət adası04 sentyabr 20263 dəqiqəlik oxu
Bu filmimizin prodüseri Rəsul Quliyevdir - "Get o q*hbənin yanına" - VİDEO

"Nargin" "Təhminə" filmi haqda nadir faktlar təqdim edir:

Film yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında lentə alınıb.

Filmdə Təhminə Azərbaycan televiziyası üçün sabahkı proqramı oxuyanda deyir: “Park” bədii filminə baxa bilərsiniz. “Park” filminin rejissoru Rasim Ocaqov, baş rolun ifaçısı isə Fəxrəddin Manafovdur.

Filmin prodüseri həmin vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti - Neft və qaz emalı üzrə Baş İdarənin rəisi Rəsul Quliyev olub. Film ekranlara çıxanda, yəni 1993-cü ildə isə Rəsul Quliyev artıq Azərbaycan Respublikası Baş nazirinin müavini idi. Elə həmin ilin noyabrında isə o, Azərbaycan Respublikasının Ali sovetinin sədri təyin olunur.

Filmin sponsoru Bakı Neftayırma Zavodudur. (“Azneftyağı”)

Maliyyə problemlərinə görə filmin çəkilişləri bir müddət yubanıb.

Təhminə rolunu Xalq artisti Amaliya Pənahova oynamaq istəyib. O, müsahibəsində bu məsələ barədə deyir:

Filmdə mən çəkilmək istəyirdim, bu istək neçə ildir ki, mənim ürəyimdə qalıb. O zamanlar mənə sirr idi ki, niyə Rasim Ocaqov mənə heç təklif də etmədi? İstanbulda Beynəlxalq kino festivalında olanda, rəhmətlik Ocaqovla söhbət açıldı, o mənə gözəl sənətkar olduğumu dedi, mən də izin vermədim ürəyimdə qubar qalsın, dedim, mən gözəl sənətkar olsaydım, siz “Təhminə”yə çəkərdiniz. O da heyrətlə bir mənə, bir yoldaşıma baxdı və dedi: “Filmdəki açıq səhnələrə görə rolu sənə təklif etməyə ürək etmədim, qorxdum birdən razılaşmazsan”. Sizə dediyimi o zaman ona da demişdim ki, filmdə açıq heç bir şey görmədim və mən o sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim. Həm də o, səhnələrdə nə vardı axı? Onu elə başa salacaqdım, heç istəməyəcəkdi o səhnəni çəksin. Ona görə də bir neçə il öncə düşünmüşdüm ki, eyniadlı filmi özüm fərqli şəkildə çəkim və baş rolu da özüm ifa edim.

Filmdə “Təhminə” rolunda oynayan türk aktrisa Meral Konratı azərbaycanlı aktrisa, Əməkdar artist Nəcibə Hüseynova səsləndirib.

Meral müsahibələrindən birində qeyd edir ki, film təklifi zamanı o, Azərbaycana gəlmək istəmirmiş. Aktrisa Azərbaycanda oğurlanmaqdan qorxurmuş.

Əvvəlcə Zaur roluna başqa aktyor çəkilir. Fəxrəddin Manafov isə Spartak rolunu canlandırır. Sonra isə Təhminə rolunun ifaçısı Meral Konrat filmdən imtina edərək İstanbula qayıdır. Aktyor dəyişdirildikdən sonra qayıdır.

Filmin bəstəkarı Emin Sabitoğludur, amma ekran işində daha çox Şopenin 9-cu noktornundan da istifadə edilib.

Filmdəki ad günü səhnəsində çəkilənlərdən biri də məhz məşhur bəstəkar Emin Sabitoğludur.

Filmin nümayişindən sonra bir müddət hər kəs Fəxrəddin Manafov və Meral Konratın sevgili olduğunu düşünür. Buna səbəb isə sovet filminə öyrəşmiş tamaşaçının senzurasız bir filmlə üz-üzə qalması idi. Aktyor və aktrisanın açıq səhnələrdə səmimi oyunu, öpüşməsi Azərbaycan tamaşaçısını çaşdırmışdı.

Meral Konrat “Təhminə” rolundan sonra bir çox filmlərdə – “Bahar sevgisi”, “Əlvida”, “Tale”, “Malikanə” kimi ekran işlərində obrazlar canlandırsa da, o karyerasının ən yaxşı və yaddaqalan obrazının “Təhminə” olduğunu deyir.

Zaurun atası rolunu canlandıran Xalq artisti Həsən Məmmədov xahiş edir ki, filmdə Təhminə ilə bağlı işlətdiyi təhqiramiz sözü dəyişsin. Aktyor deyir ki, istəmirəm, tamaşaçı məndən söyüş eşitsin. Ancaq rejissor Rasim Ocaqov bununla razılaşmır və Həsən Məmmədov Zaur evi tərk edərkən onun arxasında deyir:

*“Onda rədd ol! Rədd ol o qhbənin yanına!”**

Videonu buradan izləyə bilərsiniz:

Facebook paylaşımıhttps://www.facebook.com/share/v/1CB1X7ZnYX/Aç →

Eyni bölmədən

Oxşar yazılar