Kofenin yanına...

Qorxunc İvan oğlunu öldürür

Bəzi miflər heç vaxt dəyişmir

Nargin - Sənət adası•06 oktyabr 2026•1 dəqiqəlik oxu• 3 oxunma
Qorxunc İvan oğlunu öldürür

Rəssam gücün gətirdiyi tənhalıqla oğlunu öldürən Çarı niyə bu qədər coşqu və hörmətlə rəsm edir?

"Çünki, Çar ağlayır"

Rəsmdə gördüyümüz ağrı və peşmanlıq, eyni zamanda kütlələri təhdid edən hüdudsuz gücdür. İnsanlar rəsmdəki ağrıya hörmət edir, lakin oğulu öldürəcək məqama yetmiş gücün bir gün qapılarını döyməsindən qorxurlar.

Bəzən isə insanlar "Rüstəm və Söhrab" hekayəsindəki kimi oğullarını öldürən gücün əzəmətilə fəxr edirlər. Ehtirasla bu gücün bir işarəsilə yenidən alova atılmaq həddində fanatikləşirlər - "Hərb və Sülh"də yaralanıb Çarı görmək ümidilə döyüşə dördnala çapan Rostov kimi.

Günümüzdə ekranlarda gördüyümüz (artıq despotların nümayiş məkanı rəsmlər yox, ekranlardır) müharibə qurbanlarının cənazələri önündə hüznlənən, hətta bəzən hönkürərək ağlayan sinəsi ordenli generallar, müharibə qurbanlarının doğmalarının əlini vərdişkar bir qürurla sıxan ( bax, həmin an despotla fəxr etdiyimiz məqamdır) rejim başçıları bir zamanlar oğullarını, qardaşlarını öldürən sultanlarla şahlara çox bənzəyir, hə? Bəzi miflər heç vaxt dəyişmir.

Eyni bölmədən

Oxşar yazılar