Bu səhnəyə görə Səyavuş Aslan rejissordan küsüb və heç vaxt onun filmlərinə çəkilməyib - VİDEO
İslanmış köynəyini əynindən elə çıxarır ki, tamaşaçı elə hiss edir bu bir sevişmə səhnəsidir...

"Bəyin oğurlanması" filmində rejissor Vaqif Mustafayev ifa canlı alınsın deyə aktyor Muxtar Maniyevə Səyavuş Aslanı o bilmədən həqiqətən şillə ilə vurmasını tələb edib.
Çəkiliş alınıb, amma bu hərəkətinə görə Səyavuş Aslan Vaqif Mustafayevdən küsüb və onu heç vaxt bağışlamayıb.
Beləliklə o, Mustafayevin sonrakı filmlərində rol almaq şansını itirib.
Eyni zamanda "Bəyin oğurlanması" filmi giriş səhnəsi ilə də xüsusi diqqətçəkən ekran işlərindəndir. Yasəmən (Natəvan Məmmədova) Həsənin (Şamil Süleymanov) islanmış köynəyini əynindən elə çıxarır ki, tamaşaçı elə hiss edir, bu bir sevişmə səhnəsidir. Əslində isə sonunda bəlli olur ki, Yasəmən sadəcə sevgilisinin islanmış köynəyini sıxmaq üçün çıxarırmış. Təbii ki, bu bir müəllif fəndidir.
"Nargin" Azərbaycan kinosunun ən maraqlı proloqlarından olan "Bəyin oğurlanması" filminin "cold open"ini və şillə səhnəsini təqdim edir.
Instagram paylaşımıhttps://www.instagram.com/reel/DdRo2c-o5aU/?utm_source=ig_web_copy_link&stkn=MzRlODBiNWFlZA==Aç →Eyni bölmədən
Oxşar yazılar

Bakının tanınmış erməni fotoqrafı necə şantaj edildi?
Bir fotoqrafın ən təhlükəli şəkli: David Rostamyan niyə susmağa məcbur olmuşdu?

Çarın qarşısına çıxan bakılı qoca nə istəyirdi?
Bakılı dülgər Mütəllib kişi nəql edir.


