Kofenin yanına...

Bu qızlar indi haradadırlar?

Onları xatırlayan varmı? 80-90 və 2000-lərin Azərbaycan kliplərindəki qızlar

Nargin - Sənət adası13 sentyabr 20264 dəqiqəlik oxu
Bu qızlar indi haradadırlar?

O illərin kliplərinə bu gün baxanda texniki sadəlik dərhal görünür: bulanıq görüntülər, zəif işıq, yavaş montaj, adi məkanlar. Amma qəribədir, məhz bu qüsurlar keçmişi daha canlı göstərir. Ekrandakı qızlar da belə idi — sadə saçlar, təbii mimikalar, gündəlik geyimlər. Onlar obraz yaratmırdılar, sadəcə görünürdülər. Bəlkə də buna görə yadda qaldılar: mükəmməl deyil, həqiqi göründükləri üçün.

Faiq Ağayevin “Aldatdı məni” mahnısının klipindəki qız, 2000
Faiq Ağayevin “Aldatdı məni” mahnısının klipindəki qız, 2000
“Karvan” qrupunun “Sarı güllər” mahnısının klipindəki qız, 1990
“Karvan” qrupunun “Sarı güllər” mahnısının klipindəki qız, 1990
Sənubər İskəndərlinin “Məhəbbət olmayanda” mahnısının klipindəki qız, 1995
Sənubər İskəndərlinin “Məhəbbət olmayanda” mahnısının klipindəki qız, 1995
Faiq Ağayevin “Dəşti” mahnısının klipindəki qız, 1999
Faiq Ağayevin “Dəşti” mahnısının klipindəki qız, 1999
Faiq Ağayevin “Dəşti” mahnısının klipindəki qız. Növbəti kadr. 1999
Faiq Ağayevin “Dəşti” mahnısının klipindəki qız. Növbəti kadr. 1999
Hüseyn Bakılın “Payız gəldi” mahnısının klipindəki qız, 1981
Hüseyn Bakılın “Payız gəldi” mahnısının klipindəki qız, 1981
Vasif Məhərrəmlinin “Bakılı qız” mahnısının klipindəki qız, 2001
Vasif Məhərrəmlinin “Bakılı qız” mahnısının klipindəki qız, 2001
Ədalət Şükürov “Dünya sənindir, gözəl” mahnısının klipindəki qız, 2002
Ədalət Şükürov “Dünya sənindir, gözəl” mahnısının klipindəki qız, 2002

90-cı illərdə ekranın özü də dəyişirdi. Sovet estetikasının qalıqları qərbdən gələn yeni pop mədəniyyətlə qarışır, keçmişlə gələcək arasında qəribə bir görüntü yaranırdı. Geyimlər, saçlar, musiqi, məkanlar və hətta kameraya baxış dəyişirdi. Həmin qızlar da bu keçid dövrünün adsız simalarına çevrilirdilər.

Onları bu gün romantik xatırlamağımız bəlkə də özlərindən çox, göründükləri zamanla bağlıdır. Televizorun qarşısındakı otaq, axşam işığı, bir mahnı, uşaqlıq hissi — hamısı həmin üzlərin yaddaşına qarışıb. Buna görə köhnə klipdəki bir qız artıq sadəcə bir qız deyil; geri qayıtmayan bir dövrün işarəsidir.

Ağadadaş Ağayevin “Yarı məndə, yarı səndə” mahnısının klipindəki qız, 1995
Ağadadaş Ağayevin “Yarı məndə, yarı səndə” mahnısının klipindəki qız, 1995
Qismətin “Bakinskiy roman” (“Бакинский роман”) mahnısının klipindəki qız, 2004
Qismətin “Bakinskiy roman” (“Бакинский роман”) mahnısının klipindəki qız, 2004
Səməd Səmədov “Bu dünyanın üzünə bax” mahnısının klipindəki qız, 1993
Səməd Səmədov “Bu dünyanın üzünə bax” mahnısının klipindəki qız, 1993
Səməd Səmədov “Bu dünyanın üzünə bax” mahnısının klipindəki qız. İkinci kadr, 1993
Səməd Səmədov “Bu dünyanın üzünə bax” mahnısının klipindəki qız. İkinci kadr, 1993

Köhnə kadrlarda qəribə bir paradoks var: onlar ekranda hələ də gəncdirlər, biz isə illərin keçdiyini özümüzdə daşıyırıq. Kamera bir anı dondurub və həmin anla birlikdə bütöv bir həyatı da saxlayıb. Bu gün o kadrlara baxanda əslində yalnız onları deyil, özümüzün geri dönə bilmədiyimiz çağını görürük.

Faiq Ağayevin “Neyləyim?”  mahnısının klipindəki qız, 2006
Faiq Ağayevin “Neyləyim?” mahnısının klipindəki qız, 2006

2000-lərin əvvəllərində isə ekran dəyişməyə başladı: görüntülər parlaqlaşdı, montaj sürətləndi, geyimlər və makiyaj daha cəsarətli oldu. Yeni pop estetikasının içində 90-cı illərin sadəliyindən də nəsə qalmışdı. Saçlar, qaşlar, iri sırğalar, rəngli geyimlər və studiya dekorları bu gün köhnə görünə bilər, amma yaddaş onları qüsur kimi yox, zamanın möhürü kimi qoruyur.

Azər Zeynalovun “Gəncədən gəlirəm” mahnısının klipindəki qız, 1999
Azər Zeynalovun “Gəncədən gəlirəm” mahnısının klipindəki qız, 1999
Hüseyn Bakılın “Sənsiz keçən günlərim” mahnısının klipindəki qız, 1993
Hüseyn Bakılın “Sənsiz keçən günlərim” mahnısının klipindəki qız, 1993

Bu qızların çoxu heç vaxt məşhur olmadı. Mahnı oxumurdular, adları titrlərdə önə çıxmırdı, bəzən cəmi bir neçə saniyə görünürdülər. Amma yaddaş bəzən əsas qəhrəmanı yox, təsadüfi bir baxışı saxlayır. Bir təbəssüm, saçın üzə düşməsi, kameraya qısa baxış — illər sonra bütöv bir dövrü geri qaytara bilir.

Ədalət Şükürov “Serenada” mahnısının klipindəki qız, 2003
Ədalət Şükürov “Serenada” mahnısının klipindəki qız, 2003
“Dəyirman” qrupunun “Sarı gəlin”  mahnısının klipindəki qız, 2000
“Dəyirman” qrupunun “Sarı gəlin” mahnısının klipindəki qız, 2000
Ağadadaş Ağayev “Gəl qayıdaq o günlərə” mahnısının klipindəki qız, 2002
Ağadadaş Ağayev “Gəl qayıdaq o günlərə” mahnısının klipindəki qız, 2002

Bəlkə də biz əslində o qızları axtarmırıq. Onların göründüyü dünyanı axtarırıq: televizor qarşısındakı sakit axşamları, videokasetlərin bulanıq görüntüsünü, bir mahnının uşaqlığımıza qarışdığı illəri. 80-lərin sonundan 2000-lərin əvvəlinə qədər ekranda görünən bu adsız simalar pop-mədəniyyətimizin səssiz yaddaşıdır. Bəlkə də bu qızların hamısını birləşdirən əsas şey elə budur: onlar bir dövrün gözəlliyini xəbərsizcə qoruyub saxladılar.

“Karvan” qrupunın “Polismen” mahnısının klipindəki qız, 1994
“Karvan” qrupunın “Polismen” mahnısının klipindəki qız, 1994
Faiq Ağayevin “Sən gəlməz oldun” mahnısının klipindəki qız, 2001
Faiq Ağayevin “Sən gəlməz oldun” mahnısının klipindəki qız, 2001
Faiq Ağayevin “Sən gəlməz oldun” mahnısının klipindəki qız. İkinci kadr, 2001
Faiq Ağayevin “Sən gəlməz oldun” mahnısının klipindəki qız. İkinci kadr, 2001

Və bəlkə də köhnə klipdəki bir qızın üzünə baxanda yaranan qəribə kədərin səbəbi budur: biz yaşlanırıq, onlar isə kadrlarda gənc qalırlar. Onların üzündə artıq yalnız bir dövrün dəbini yox, öz keçmişimizin itirdiyimiz işığını görürük. .

Və sonda bonus olaraq türk klipindən bir fraqment.

Feridun Düzağaçın “Dipteyim, sondayım, depresyondayım” mahnısının klipindəki qız, 2001
Feridun Düzağaçın “Dipteyim, sondayım, depresyondayım” mahnısının klipindəki qız, 2001

____________________________________

Qeyd: Bu yazıda yer alan fotolardakı qadınların bir qisminin adlarını müəyyənləşdirmək mümkün olmadı. Buna görə onların adlarını təxmin etmək və ya yanlış məlumat vermək əvəzinə, bütün fotolardakı qadınları adsız təqdim etməyi uyğun gördük. Eyni qadının bir neçə fərqli müğənninin klipində yer aldığı fotolar da var və bundan xəbərdarıq. :))

Eyni bölmədən

Oxşar yazılar