
İTAKA
İtakaya doğru yola çıxanda Dilək ki, uzun çəksin səfərin, Macəra dolu, bilik dolu olsun. Nə Lestriqonlardan qorx, Nə Kikloplardan, nə də qəzəbli Poseydondan. Bunların heç biri çıxmaz qarşına, Xəyalların ucadisa, canını və ruhunu İncə həyəcan bürüyübsə əgər. Nə Lestriqonlara rast gələrsən, Nə Kikloplara, nə azğın Poseydona, Onları sən öz ruhunda gəzdirmədikcə, Öz ruhun onları çıxarmadıqca qarşına. Dilək ki, uzun çəksin yolun.
Neçə yay səhəri olsun, Bənzərsiz xoşbəxtlik və sevinc içində Əvvəlcədən heç görmədiyin limanlara girəsən! Durub Finikiyanın bazarlarında Tayı-bərabəri olmayan mallar al, Sədəfli mərcan, bərk kəhrəba, Hər cür də başfırlandıran ətirlər; Bu başfırlandıran ətirlərdən al ala bildiyin qədər; Neçə Misir şəhərinə baş çək, Nə öyrənə bilərsən gör müdiriklərdən. HEÇ YADINDAN ÇIXARMA İTAKANI, ORA ÇATMADAN SƏNİN BAŞLICA ARZUN YAZINDIR. Amma səfəri tez başa vurmağa çalışma qəti. Qoy illərlə davam eləsin, bu daha yaxşıdı; Axırda qocalmış adam kimi, dəmir at adana, Yolboyu qazandığın bu qədər şeylərlə zəngin, İtakanın sənə var-dövlət verməsini ummadan. Sənə bu gözəl səfəri bəxş elədi İtaka, O olmasa, yola heç çıxmayacaqdın. Amma sənə verməli bir şeyi yoxdu bundan başqa, Onu yoxsul sayırsan, aldanmış sanma özünü. Keçdiyin bu qədər sınaqdan sonra elə müdrikləşdik ki, Artıq yəqin bilirsən mənə daşıdığını İtakaların.
Konstantin Kavafis
Eyni bölmədən


