Azərbaycan kinosunun xəyanət səhnəsi N1 - "Məni aldadıb o filmə çəkiblər" - VİDEO
Aşıq Ədalət filmdə hansı səhnə üçün "Yanıq Kərəm" i çaldığını bilməyib.

Azərbaycan kinosu daxili gərginliyi, psixoloji ağırlığı və insani duyğuları ustalıqla əks etdirən onlarla dramatik səhnə ilə zəngindir. Bu yaddaqalan epizodlar arasında təkrar-təkrar izlənilən, hər dəfə eyni ağrını yaşadan xəyanət səhnələri xüsusi yer tutur.
Nargin. az Azərbaycan kinosunun yaddaşlara həkk olunmuş həmin xəyanət səhnələrini təqdim edir.
Silsilə təqdimatımızın ilk buraxılışında kinomuzun şah əsərlərindən sayılan "Yeddi oğul istərəm" filmindəki qanlı satqınlığı – Kələntər dayının Cəlala qarşı etdiyi dəhşətli xəyanəti diqqətinizə çatdırırıq.
Niyyəti saf, qəlbi sevgiylə dolu olan Cəlal Kələntər dayının məkrli yalanına aldanır. Kələntər onu Humayın guya "Qan çanağı" adlanan ərazidə təhlükədə olduğu xəbəri ilə tələyə çəkir. Humayın sevgisi ilə gözü kor olan Cəlal heç nəədən şübhələnmədən həmin yerə tələsir. Lakin orada onu xilaskar yox, ölüm gözləyir... "Qan çanağı"nda Cəlalı elə ona atasızlığını unutdurmağa çalışan, arxalandığı Kələntərin özü qarşılayır. Gəray bəyin amansız əmri ilə, fonda fəğan edən "Yanıq Kərəmi" sədaları altında Cəlal güllələnir. Azərbaycan kinosunun bu ən fəlakətli səhnəsi – dostluğun, inamın və insanlığın güllələndiyi an kimi yaddaşlara əbədi həkk olunur.
Maraqlı fakt kimi qeyd edək ki, filmdə saz ifa edən Aşıq Ədalət illər sonra bu kadrlara çəkildiyinə görə dərin peşmanlıq hissi keçirdiyini bildirib. Ustad aşıq müsahibələrindən birində həmin anı belə xatırlayırdı: "Mən o səhnənin xəyanət səhnəsi olduğunu bilmirdim. Orada öldürülənin bəyoğlu olduğunu anlamamışam, məni aldadıb o filmə çəkmişdilər".
Kinomuzun daha 9 xəyanət səhnəsinintəqdim edəcəyik. Siz də təkliflərinizi sosial şəbəkə hesablarımızdakı sözügedən vidolara rəy yazaraq bildirə bilərsiniz.
Filmin həmin epizodunu təqdim edirik: [embed: https://www.facebook.com/share/v/18xdeEQnox/]
Eyni bölmədən
Oxşar yazılar

Qəzetçilikdə ilk “saxta xəbər” macəraları
Ertəsi günü başqa qəzetlərdə təyyarənin qəzaya uğraması xəbər verildisə də..

Dünyanın ən yaxşı 12 filmindən biri seçilmiş Azərbaycan filmi - VİDEO
Ən mavi dənizin sahilində


