“Uliss”i telefon ekranından oxusanız, nə baş verər?
Kağız yoxsa ekandan oxumaq arasında fərqləri müəyyən etmək çətindir.

Kağız yoxsa ekran?
Sadəcə elektron kitabları deyil, şəxsi mesajlaşmaları, e-poçtları, oyunları, sosial şəbəkəni və digər elektronik yayınları da nəzərə alsaq əvvəlkinə nisbətən daha çox oxuyuruq. San-Dieqodakı Kaliforniya Universitetində aparılan bir tədqiqata, əsasən, 2000-ci illərin sonunda 1980-lə müqayisədə oxuma göstəricisi üç dəfə artıb. Digər tərəfdən hər ötən gün kağızdan çox ekrandan oxumaq vərdişimiz çoxalır.
Kağız yoxsa ekandan oxumaq arasında fərqləri müəyyən etmək çətindir. İstifadə edilən kağızın ya da cihazın xüsusiyyətləri, mətnin növü, oxucunun seçimləri və elektronik cihazdan istifadə vərdişi kimi bir çox faktoru sadalamaq mümkündür. Yenə də tədqiqatçıların əksəriyyətinin qənaətinə görə ekrandan oxumaq bizi xətti oxumağa, yəni göz gəzdirərək, sözləri ötürərək oxumağa yuvarlayır. San-Xose Universitetindən tədqiqatçı Ziminq Lui ekrandan oxumağı səhifədən-səhifəyə gəzişmə, göz gəzdirmə, açar sözləri təsbit etmə və bircədəfəlik mütaliə, xətii oxumayan (dağınıq) mütailə, seçici mütaliələr kimi səciyyələndirilə biləcəyini vurğulayır. Elektronik mühitdə videolarla, görüntülərlə, səs yazıları ilə və başqa mətnlərlə əlaqə qura bilirik, bunlar arasında sürətli keçid elə bilirik. Lakin bu vəziyyət oxu prosesində diqqətimizin dağılmasına səbəb ola bilər. İntensiv diqqət lazım olan mətnləri də bu şəkildə oxumaq riskli görünür.
Tufts Universitetinden neyroelm mütəxəssisi Maryan Vulf e-poçtlarımızı göz gəzdirərək oxumağın gözəl olduğunu, lakin (Ceyms Coysun əsərləri kimi) bəzi mətnləri bu metodlar oxusaq, təcrübədə çox şey itirəcəyimizi qeyd edir: “İnsanlar oxumaq üçün təkamül keçmədiyi üçün bu beynimizin bu bacarığı ilə əlaqələr hissələri olduqca elastikdir və oxuma vasitəmiz nə olursa olsun beynimiz buna asanlıqla uyğunlaşa bilər. Səhifədən-səhifəyə gəzinib sözləri ötürərək oxumağı vərdiş halına gətirəsi olsaq, beynimiz buna uyğunlaşacaq və “Uliss”i vərəqləsək belə eyni şəkildə oxumağa meyilli olacaq”.
Yaxşı, bəs electron kitablar? Tamamilə kitab oxumağa fikirimizi cəmlədiyimiz e-kitab oxuma cihazlarında diqqətimizi yayındıracaq ünsürlər azdır. Lakin aparılan təcrübələrdə kağız kitab oxuyanların elektron oxuyanlarla müqayisədə yazılmış mövzuda yaxud hekayədə düyün nöqtələri ilə nəqledilənləri daha yaxşı xatırladığı müşahidə edilib.
Bəlkə də, oxuma müddətinin bir tərəfdə yığılan oxunmuş səhifələrlə paralel iləriləməsi və kitabın forması, dizaynı, vərəqinə toxunuş, hətta səhifələrdən yapışdıqda yaranan kölgələr kimi kiçik “diqqət yayındıran” ünsürlər yaddaşımızı tətikləyən şeylərə çevrilirlər. Elektron mütaliədə isə mənfi yönləri ön planda görünsə də bu nəticələr oxucuya görə dəyişir. Disleksiyalı (disleksiya – beyin qabığının zədələnməsi nəticəsində mütaliə qabiliyyətinin itməsi – tərc.) bəzi oxucuların elektron kitabları daha sürətli və daha yaxşı anlayaraq oxuduqlarına dair nümunələr də var. Tədqiqatçılar nə kağızla elektronu yarışa salmaq niyyətindədir, nə də sırf birini seçməmizi məsləhət görürlər. Belə bir seçimdən qabaq mütaliə müddətimizlə bağla daha çox şey kəşf etməliyik.
Mətin Rudar
Eyni bölmədən



