Fokus

İntihar Məktubları - Nilgün Marmara

Quşlara ölənədək yaxşı baxın.

Nargin - Sənət adası•03 oktyabr 2026•2 dəqiqəlik oxu• 0 oxunma
İntihar Məktubları - Nilgün Marmara

Nargin.az "İntihar məktubları" silsiləsindən Nilgün Marmaranın intihar məktubunu təqdim edir

Nilgün Marmara türk şairi və yazıçısıdır. 1958-ci ildə İstanbulda doğulub. Şeirlərində tənhalıq, ölüm, həyatın mənası və daxili dünyadakı ziddiyyətləri ön plana çıxarıb. Qısa ömrünə baxmayaraq, müasir türk poeziyasının diqqətçəkən simalarından birinə çevrilib.

Nilgün Marmara intihar edərkən iyirmi doqquz yaşı var idi. Beşinci mərtəbədəki evinin pəncərəsindən bir mələk kimi yerə enmişdi. Qəribə adam idi. Qürubdan sonra sanki ruhu qaramat röyaların qəlbində bulanırdı. Həkim müalicə üçün intellektual fəaliyyəti dayandırmalıdır demişdi. O isə həkim gələrkən evdə tapılmazdı. Sevgilisi Kağan Nilgünün şeir yazdığını yalnız ölümündən sonra bilmişdi. “Kənara çəkilər, gizlincə nəsə yazardı”

Sevgilim, Hər gün qaramat bir xəyal qurmaq və onu canımda daşımaq xilas tələb edir. Sənə ağır yük əmanət etmək istəməzdim, amma sən ağıllı və güclüsən, unudarsan. Bu nəticədən kimsə kimsəni, ya da özünü günahkar, məsuliyyətli bilməsin, çünki günah yoxdur. Sadəcə həyat çayının axışına müdaxilə var! Bu, hər anı sorğulayan bir varlığı külə çevirmək üçün qərarlaşdırılmış addımdır. Uşaqlığın saf bir axışda qayğısızca üzməsi necə də gözəl idi. İtirilən budur! Bitkinliyinə yetmiş varlığımla yeni həyata başlaya bilmərəm, bundan ötrü bütün doğmalarıma əlvida deyirəm. Məni bağışlayın. Bunu ən çox, anamdan, atamdan və Kağan, səndən istəyirəm. Dostlarımdan da! Kağan, səni həmişə sevdim. Əlvida! 1. Mərasim olmasın, mümkünsə, yandırın! 2. Quşlara ölənədək yaxşı baxın. 3. Səhnədən itkin düşərkən yaşamıma qarışmış hər kəsi salamlayıram. 4. Kağan, istəsən, gələcəkdə yazı makinasından keçirdiyim şeirlərimi çap edə bilərsən.

Eyni bölmədən

Oxşar yazılar