Fokus

Migel de Servantesin qolunu qoparan mərmi

Dünyanın ən məşhur yazıçılarından biri belə əsir düşmüşdü – Servantesin həyat hekayəsi

Nargin - Sənət adası•01 oktyabr 2026•3 dəqiqəlik oxu
Migel de Servantesin qolunu qoparan mərmi

“Don Kixot”un xristian cihadına qoşulan müəllifinin qolunu necə qopardıq?

Hamımız “Don Kixot” haqqında eşitmişik, amma əsərin müəllifi Migel de Servantes Saavedranın həyatı haqda çox da məlumatlı deyilik. Milliyyətcə ispan olan bir həkimin oğlu Servantes, Papanın bizə (Türkiyəyə - tərc.) qarşı hazırladığı cihada qatılıb, 1571-də baş vermiş İnebahtı döyüşündə top mərmisi sol əlini qoparıb, quldurların əlinə düşüb və Əlcəzairdə beş il ərzində əsarət həyatı yaşayıb.

Migel de Servantes Saavedranın külək dəyirmanlarıyla döyüşən cəngavərinin romanını, yəni “Don Kixot”u çoxumuz bilirik; atı Rosinantı və köməkçisi Sanço Pansanı o dəqiqə xatırlayırıq.

Amma əsərin müəllifi olan Servantesin həyatının detallarından, məsələn İspaniyanın dünyaca məşhur yazıçısının 1571-ci ildə məğlubiyyətimizlə nəticələnən İnebahtı döyüşünə qatıldığını, döyüşdə sol əlini itirdiyi, hətta beş il ərzində Əlcəzair zindanlarında yatdığı haqqında çox da danışılmır.

1547-ci ildə anadan olan Servantes bir həkim oğlu idi. Atası Rodriqo Servantes zadəgan olduğunu iddia etsə də var-dövlətli deyildi. Yeddi uşaqlı bir ailənin dördüncü olan Migel de Servantesin həyatı atasının borclularından qaçmaq üçün ailəsi ilə birlikdə şəhərdən şəhərə köçməsiylə keçdi. Sevilyada Cizvit məktəbində bitirdikdən sonra Madriddə universitet həyatı başladı, davada dostunu yaraladığı üçün həyatının ahəngi dəyişdi. 1569-cu ildə haqqında həbs qəti imkan tədbiri seçildiyi üçün İtaliyaya qaçdı.

Bu vaxt Papa Beşinci Pius Osmanlı İmperiyasında qarşı Səlib yürüşləri təşkil etməklə məşğul idi. Bu iş üçün donanma hazırlandı və gəmilər osmanlıların əlində olan Kipri geri qaytarmaq üçün səfərə çıxdı. Donanmadakı əsgərlər arasında İtaliyaya qaçmış gənc Servantes də var idi.

Səlib donanması, 7 oktyabr 1571-ci ildə Yunanıstanın Patra körfəzində türklərin "İnebahtı", avropalıların "Lepanto" dedikləri yerdə Osmanlı donanması ilə qarşılaşdı. Döyüş bir neçə saat davam etdi və dəniz kapitanı Müəzzinzadə Əli Paşanın səhvi ucbatından donanma tamamilə yox edildi. Müharibədə Servantesin sinəsindən iki güllə dəydi və sol qolu mərmiyə düşdü, hansı ki, sonralar bu səbəbdən "El Manco də Lepanto", yəni "İnebahtının şikəsti" deyə xatırlanacaqdı.

Servantesin bədbəxtliyi qolunu itirməklə yekunlaşmadı. 1575-ci ildə o Aralıq dənizində üzən bir ispan gəmisindəykən türk dəniz quldurları gəmini ələ keçirdilər və özünü də Əlcəzairə qul kimi satdılar. İstanbula göndərilmək üzrəykən ailəsi kilsənin də dəstəyiylə yığılan fidyəni göndərib Migeli azadlığına qovuşdurdular.

Ölkəsinə qayıtdıqdan sonra 1585-ci ildə evləndi, iş tapa bilmədiyi üçün yazıçılığa başladı və evləndiyi il ilk kitabını çap etdirdi. Dolanışığı çətinləşmişdi. Arvadını və evini tərk edib səyahət vergi məmuru olaraq işə başladı. 1587-ci ildə xalqdan topladığı vergi onun taleyini həbsxanaya bağladı, belə ki bir bankir onu aldatdı və pulları götürüb aradan çıxdı. Buna görə həbs olundu və iki il həbsxanada yatdı. Daha sonra yenidən həbsxanaya düşdü, 1605-ci ildə yenidən ictimai bir vəzifədə çalışdı və ən önəmli əsəri “Don Kixot”u nəşr etdirdi.

“Don Kixot”dan əvvəl də kitablar çap etdirən Servantes müvəffəqiyyət əldə edə bilməmişdi amma “Don Kixot” sayəsində yalnız İspaniyada deyil, bütün Avropada zirvəyə yüksəldi. Hətta, əsərinin o dövrdə təqlidləri belə çap olundu. O 22 aprel 1616-cı ildə Madriddə vəfat edərkən geniş şöhrət qazanmış yazıçıydı.

Bir qolunu itirdiyi “İnebahtı döyüşü”nün və Əlcəzairdə əsir olaraq yaşadığı beş ilin xatirələri, Servantesin bütün əsərlərinə sirayət etdi. “İnebahtı”da itirdiyi sol qolu ona dünya miqyasında, əsrlər boyu davam etməkdə olan şöhrət qazandırdı.

Murad Bardaqçı

Eyni bölmədən

Oxşar yazılar