Əxlaqsız qadınlar haqda Azərbaycan filmi - Rejissoru öldürmək istəyirdilər - VİDEO
Erməni "mama" "Roza" obrazını yaradan Azərbaycanlı rejissor - Onu niyə öldürmək istəyirdilər?

Erməni fahişə roluna görə film efirdən kənarda qaldı. Aktrisanı, rejissoru öldürmək istədilər...
"Nargin" “Sahilsiz gecə”nin olmayan sahillərində baş verən bir neçə qaranlıq məqama aydınlıq gətirir...
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə Xalq yazıçısı Elçinin “Toyuğun diri qalması” povesti əsasında çəkilib. Quruluşçu rejissoru Şahmar Ələkbərovdur. Filmdə ifa olunan mahnıların mətni Fikrət Qocaya, musiqisi Ramiz Mirişliyə məxsusdur. Film İçərişəhərdə və Latviyanın paytaxtı Riqa şəhərində çəkilib.
Müharibə dövründə əxlaqsızlığa düçar olmuş Zibeydə obrazının ahıl çağlarını yaradan yaradan türkmənistanlı aktrisa Oğuldurdı Məmmədquliyevanın filmə dəvət olunması bu rola azərbaycanlı aktrisaların çəkilməyə razılıq verməməsi səbəb olur. Türkmənistanlı aktrisa isə bu qədər koloritli rola aktrisalarımızın niyə çəkilmədiyinə məəttəl qaldığını deyir. Zibeydə obrazının cavanlığını isə əməkdar artist Mehriban Xanlarova canlandırıb.
Azərbaycanda bir qrup qadın filmə və Şahmar Ələkbərova qarşı sərt mövqe nümayiş etdirirlər. Qadınlar kinostudiyanın qarşısında piket keçirir, filmi ləğv etdirmək istəyirlər. Hətta Ələkbərova zəng eləyirlər ki, kinostudiyaya gəlmə, səni öldürərlər. Daha sonra məlum olur ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin əli var. Çünki filmdə əxlaqsız qadınların başçısı erməni qadın olan Roza obrazıdır. Beləlikə, “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itir.
Xəstəliyi səbəbindən həyatdan tez köçən Şahmar Ələkbərov isə həmin günlərdə, çox çətin anlar yaşadığı bir vaxtda onun köməyinə şair Ramiz Rövşənin çatdığını bildirir. Bu barədə rejissor sağlığında verdiyi müsahibələrindən birində deyir: O, mənə dedi ki, halal olsun sənə, gözəl bir film çəkmisən, bunu ancaq sən, Şahmar Ələkbərov çəkə bilərdin. Cəsarətinə eşq olsun!

Baş rolu, erməni Roza obrazını yaradan Xalq artisti, mərhum aktrisa Nuriyyə Əhmədova müsahibələrindən birində deyir:
Bir dəfə Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət doludur, səni öldürərlər. Əslində filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə bəzi qadınları özləri istəmədən pis yola düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin bir iş idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı”.
Filmin çəkilişləri müddətində də rejissor Şahmar Ələkbərovun səhhəti yaxşı olmur. Filmin taleyi uğurlu olmasa da, dostlarının sözlərinə görə o, özünü sındırmır. Peşəkarlıqla bildirir ki, belə şeylər olur. Lakin istər-istəməz baş verənlər ona pis təsir edir, dil xərçənginə tutulan sənətkar bu filmdən 2 il sonra, 1991-ci ildə vəfat edir.
Sahilsiz gecə” kino standartları, əndazə qorunmaq şərtilə sovet Azərbaycan filmləri arasında ən açıq ifadələrin və yer aldığı filmdir:
Şərhlər
Hələ təsdiqlənmiş şərh yoxdur.
Eyni bölmədən
Oxşar yazılar

"Daha yaxşı şeylər uydur, Vinsent"
O, gecə saat doqquza on dəqiqə işləmiş öldü.

Banan balıqları da ölür...
Oturdu, onun sifətinə baxdı, sonra tapançanı sol gicgahına dirədi və barmağını tətiyə basdı.

Lissabon: fəthlərdən sonra qalan ruh
Cismani olaraq bir yer “işğal edərik”, lakin emosional olaraq bir yaddaşda yer tutarıq.

