Məhəmməd Peyğəmbər Azərbaycanda bu yeri nişan verərək deyib... - VİDEO
Məhəmməd Peyğəmbərin Azərbaycanla bağlı nişan verdiyi yer haradır? Azərbaycan və Ərməniyyə arasında...

Azərbaycan ərazisində bir çox müqəddəs, tarixi və dünya əhəmiyyətli hadisələrin baş verdiyi, eyni zamanda bu torpaqlarda qədim alimlərin dəfələrlə bəhs etdiyi möcüzəvi çayların, ağacların, bitkilərin, bulaqların, şəxsiyyətlərin olduğu deyilib.
Bu, nişanlardan biri də İslam peyğəmbəri Məhəmməd Peyğəmbərin adından rəvayət olunur.
Narginin müraciət etdiyimiz mənbə alim Əbdürrəşid Bakuvinin 700 il yaşı olan hazırda Parisin milli kitabxanasında qorunan “Abidələrin” xülasəsi və qüdrətli hökmdarların möcüzələri” kitabıdır". Kitabda tarixi Azərbaycan ərazisi, şəhərləri, iqlimi, insanlarından bəhs olunarkən deyilir:
AZƏRBAYCAN - Kuxistan, Arran və Ərminiyyə arasında yerləşən geniş nahiyədir. Orada çoxlu şəhər kənd, dağlar və çaylar var. Orada, Ərdəbil yaxınlığında, Savalan dağı var, bu da dünyanın ən böyük dağlarındandır. Onun başında bir bulaq var, suyu da şiddətli soyuqlara görə donmuşdur. Peyğəmbərin adından söyləyirlər ki, Erməniyyəylə Azərbaycanın arasında Savalan adlı dağ var və onun başında cənnət bulaqlarından biri axır. Bundan başqa elə orada peyğəmbərlərdən birinin qəbri var və ətrafında xəstələr müalicəsini görən isti sular axır. Dağın başında yayda da, qışda da qar olur. Orada, Təbrizlə Marağa arasında böyük Səhənd dağı var. Ətrafında adamlar yaşayır, suları və taxıl zəmiləri də çoxdur. Orada isti su var ki, camaat da yayda bu yerə axışıb gəlir. Dağın başında həmişə qar var. Orada Uveys çayı var. Ərzən ər-Rum (red. ƏRzrum) dağlarından axan bu çayın suları çox gurdur. Bu çay çoxlu ölkələrin torpaqlarından axır və vaxtında, Naxçıvan yaxınlığında Ziya əl Mülkiin' körpüsünə çatır. Körpü daşdan tikilib və dünyanın möcüzələrindəndir. Orada elə bir çay var ki, suyu daşa dönüb daş lövhələrinə çevrilir. Orada çoxlu mis, dəmir, malaxit və lazurit mədənləri var.
Bir daha qeyd edək ki, material alim Əbdürrəşid Bakuvinin 700 il yaşı olan “Abidələrin” xülasəsi və qüdrətli hökmdarların möcüzələri” kitabı əsasında hazırlanıb.
Şərhlər
Hələ təsdiqlənmiş şərh yoxdur.

