"Qəmlonu Kərbəlayi gəbərtdi" - Filmi dəyişməyə kim məcbur edib?
Filmin səhnələrini kim, niyə dəyişib? - "Axırıncı aşırım haqda nadir faktlar

"Nargin" kadrarxasında bir sıra qalmaqallı və təhlükəli faktları saxlayan “Axırıncı aşırım” filmi haqqında nadir məqamları təqdim edir:
- “Axırıncı aşırım” filmi “7 oğul istərəm” filminin davamı kimi çəkilməyə başlayıb. Çünki öncə “Yeddi oğul istərəm” filmi Kamil Rüstəmbəyova həvalə olunub. O, aktyorları belə seçib. Sonra səbəb deyilmədən film dayandırılır və Tofiq Tağızadəyə verilir. Bu hadisəyə reaksiyasız qalmayan kinostudiyanın direktoru Adil İsgəndərovrəhbərlik etdiyi qurumda iclas zamanı Kamil Rüstəmbəyova gənc yazıçı Fərman Kərimzadənin yenicə tamamladığı “Qarlı aşırım” romanını təklif edərək deyir: “Kamil, qadası, nə olubsa olub, lənət şeytana, götür əsəri, Allah işini avand eləsin”. Beləcə film çəkilir.
- "Qarlı aşırım" niyə "Axırıncı aşırım" oldu? Buna səbəb filmin çəkilməsi üçün az vaxtın ayrılması olub. Filmin adı “Qarlı aşırım” olardısa, mütləq qışda çkilməliydi, bu zaman qarla zəngin mənzərələr lazm gələcəkdi. Bu isə həddən artıq çox vaxt və əziyyət tələb edirdi. O üzdən bədii şura düşünərək vəziyyətdən az əmək və maddiyatla çıxmaq üçün filmə ad verərəkən romanın adındakı “Qarlı” sözünü “Axırıncı” sözü ilə əvəz edib.
- Abbasqulu bəyin ölüm səhnəsindəki epizodu kaskadyor yox, Həsən Məmmədov rolunu özü oynayıb. Çəkilişdəki qaya o qədər də hündür qaylıq deyildi olmasa da, həmin səhnəni oynamaq təhlükəli idi. Lakin aktyor səhnənin öhdəsindən uğurla gəlməyi bacarıb.
- Filmdəki kənd quramadır. Bütün çəkilişlər natura pavilyonları və münasib yerlərdə qurulan dekorasiyalarda həyata keçirilib. Kəndin dekorasiyası Qobustanda qurulub. İmanın evində taxıl axtarılan epizod kinostudiyanın pavilyonunda lentə alınıb. tamaşaçılar film boyu kənd mənzərəsi, kənd ab-havası görsələr də, film çəkilişlərinin kəndlə heç bir bağlılğı olmayıb.
- Filmdə baş rollardan birini Əbdül Mahmudov oynamalı imiş. Ssenaridə Bəylər obrazı əsas aparıcı surət olub. Lakin Mahmudovun Moskvaya getməsi bütün ssenarini dəyişdirib. Aktyor Moskva Kino İnistitutun rejissorluq fakültəsinə qəbul olunduğundan filmi buraxmalı olur, onun obrazının yükü digər obrazlar arasında bölüşdürülür və nəticədə İman obrazı daha önə çəkilir. Filmdə Əbdül Mahmudovun yaratdığı Bəylər obrazını Ramiz Məlik səsləndirib.
- Filmdə istifadə edilən silahlar dövrün, zamanın tələblərinə uyğun həqiqi silahlardır. Kinostudiyanın özünün böyük cəbbəxanası olub. Orada top-tüfəngdən tutmuş, hər dövrə aid olan qılıc-qalxan saxlanıb. Silahlar həqiqi silahlar olduğundan müəyyən qədər təhlükəli sayılıb.
- 1972-ci ildə Tiflisdə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilib.
8. Filmin ilk orjinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə sözügedən səhnə elə də yaxşı qarşılanmır. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi olub. Bundan sonra Kamil Rüstəmbəyov çarəsizlikdən filmdə dəyişiklik edir. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox, Xudayarın qardaşı öldürür. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən "Kərbəlayı Qəmlonu gəbərtdi" ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb”. Həmin səhnəni təqdim edirik:
tiktok.com paylaşımıhttps://www.tiktok.com/@nargin.az/video/7677250703257079061?is_from_webapp=1&sender_device=pcAç →Şərhlər
Hələ təsdiqlənmiş şərh yoxdur.
Eyni bölmədən



