
Bu şəkil XVII əsrin sonlarında Bakının ən məşhur tarixi təsvirlərindən biridir. Daha dəqiq desək, gördüyünüz təsvir 1683-cü ildə alman səyyahı və həkimi Engelbert Kempferin (Engelbert Kaempfer) Bakıya səfəri ilə bağlı hazırladığı şəhər panoramasının 1734-cü ildə qravür kimi nəşr olunmuş variantıdır.

Xəritənin aşağı hissəsindəki izahda hərflərlə göstərilən sözlər belədir:
a - Das Feld Thor - Çöl qapısı
b - die Meer Pforte - Dəniz qapısı
c - die Berg Pforte - Dağ qapısı
d - der Marck - Bazar / bazar meydanı
e - Spital - Xəstəxana / hospital
f - Königlich Schloss - Kral sarayı
g - Sultans Residenz - Sultanın iqamətgahı
h - Kirch und Thurm - Kilsə və qüllə
i - Manfrosser Thurm von Ziegeln - Kərpicdən Manfrosser qülləsi
Eyni bölmədən




